Bu ilin ilk 5 ayı ərzində Azərbaycan 91,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 0,55 % çoxdur.
Bu ilin may ayında Azərbaycan 37,3 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, 2022-ci ilin may ayı ilə müqayisədə 4,5 milyon ABŞ dolları və ya 13,7 % çoxdur.
Qeyd edək ki, 5 ay ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib.
