Azerbaijan Airlines

Elektrik Mexanik (Gəncə Beynəlxalq Hava Limanı)

Son tarix 01 okt 2023 

Vəzifə öhdəlikləri:

  • UEİTTX-dəki vəsaitlərin yerləşməsini və elektrik təchizatı sxemini dəqiq bilmək;
  • Ehtiyat hissələri,əlaqəli materialları və elektrik enerjisinə daima qənaət etmək;
  • UEİTTX rəisinin və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
  • Rəhbərlik tərəfindən və ya ayrı-ayrı struktur bölmələrindən alınan sərəncamları UEİTTX rəisinə,o olmadıqda isə qovşaq mühəndisinə məruzə etmək;
  • Həvalə edilmiş elektrik avadanlıqları,alətləri və ölçü cihazlarını qorumaq.

Tələblər:

  • Təhsili/ixtisası; Peşə ilə bağlı təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - əla;
  • İş təcrübəsi: Minimum 1 il;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • Gəncə şəhərində yaşayanlara üstünlük verilir;

İş rejimi: 2 növbəli

İş şəraiti:  I növbə: 08:00-20:00

II növbə: 20:00-08:00

2 iş günündən sonra 2 istirahət günü

İş yeri: “Gəncə” Beynəlxalq Hava Limanı

 

 

Təyyarə Bələdçisi

Son tarix 01 okt 2023 

Vəzifə Öhdəlikləri:

  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək

Tələblər:

  • Vətəndaşlıq: AR vətəndaşı olmaq
  • Yaş: 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
  • Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)
  • Boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün)
  • Təhsil: minimum tam orta təhsil
  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)
  • İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır
  • Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır
  • Müştəri yönümlü xidmət mədəniyyəti
  • Ünsiyyət bacarıqları
  • Komandada çalışmaq bacarığı

Əlavə Qeydlər:

  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına  uyğun davranmalıdır;
  • Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  • İşə Qəbul və Təlimlər.