Azerbaijan Airlines

Testlərin avtomatlaşdırılması üzrə mühəndis-proqramlaşdırıcı

Son tarix 12 okt 2023

Təsvir:

  • Testlərin avtomatlaşdırılması üzrə mühəndis-proqramlaşdırıcı test ssenariləri yaradan, uğursuzluqları proqnozlaşdıran və məhsullarda səhvlər tapan bir mütəxəssisdir.

Vəzifə öhdəlikləri:

  • Aviasiya sənayesi üzrə ixtisaslaşdırılmış proqram təminatı ilə işləmək və texniki xidmət göstərmək;
  • GDS (Global Distribution System) ilə işləmək;
  • Amadeus İnventory və Videcom sistemləri ilə işləmək;
  • “AZAL” QSC-nin uçuşlara nəzarət mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən göndərilən rəsmi teleqramlar əsasında “AZAL” QSC-nin cədvəlinin İnventori sisteminə daxil olunmuş biznes qaydalarının düzgünlüyünü yoxlamaq;
  • “Rezervasiya və İnventori” sistemlərində texniki bazanı yaratmaq, aviaşirkətin rəhbərliyi tərəfindən təsdiq olunmuş baza parametrlərini proqramlaşdırmaq, müvafiq agentlərə treyninqlərin təşkili və sistemə daxil olma kodlarının və sertifikatların verilməsini təmin etmək;
  • Aviaşirkətin rəhbərliyi tərəfindən təsdiq olunmuş siniflər və nestinq cədvəli üzrə satışları aparmaq, Amadeus Reservation sistemi üzrə tətbiq etmək;
  • Amadeus, Travelport, Sabre , Abacus, Sirena Travel, Google Flights qlobal distribyutiv sistemlərdə satışları təşkil etmək.

İş şəraiti: 

  • İş qrafiki: növbəli - saat 08.00-20.00 və 20.00-08.00;
  • 2 iş günündən sonra 2 istirahət günü;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur.
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, proqramlaşdırma üzrə ali təhsil üstünlükdür);
  • QA (Quality Assurance) / automated testing engineering üzrə 2-3 illik iş təcrübəsi;
  • Microsoft Word, Excel və Powerpoint proqramları ilə sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili-sərbəst, İngilis dili – sərbəst, Rus dili – arzuolunandır.