“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

İndex.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Bildirilir ki. təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib: “Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək".