Ötən gündən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təxirə salınan daha iki J2-2153 və J2-263 reyslərinin sərnişinləri Naxçıvana yola düşüblər.

İndex.az AZAL-a istinadən xəbər verir ki, əlverişli hava şəraiti olduğu təqdirdə aviaşirkət normal fəaliyyətə qayıtmaq üçün bu istiqamət üzrə qısa müddətdə bütün gecikmiş uçuşları gün ərzində yerinə yetirməyi planlaşdırır.

“Gecikmiş reyslərin sərnişinlərindən aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində və KİV-də izləmələri və ya elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur”, deyə məlumatda qeyd edilir.