Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
İndex.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri QSC-nin internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
