2022-ci ilin dördüncü rübündə Avrozonanın 19 ölkəsində adambaşına düşən real gəlir əvvəlki rüblə müqayisədə 0,5% azalıb.

İndex.az xəbər verir ki, bu barədə Avropa İittifaqının Statistika İdarəsinin (Eurostat) məlumatında deyilir.

Bildirilir ki, göstəricidə azalma ardıcıl beşinci rübün yekunlarına görə qeydə alınıb. İyul-sentyabr aylarında bu göstərici 0,1% azalıb.

Avropa İttifaqının 27 ölkəsində gəlirlər üçüncü rübdə 0,5% azaldıqdan sonra dördüncü rübdə 0,3% azalıb.