Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5%-ə yaxınlaşıb.
İndex.az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, bu ilin 7 sentyabr tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz bəndi artaraq 93,47 % təşkil edib.
Qeyd olunan tarixə, anbarlarda olan qazın həcmi 103,4 mlrd. kubmetrə çatıb.
