Avropada təbii qazın qiyməti 0,2 % düşüb.

İndex.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 330,3 ABŞ dolları ilə (-0,8 %) başlasa da, sonradan 332,3 ABŞ dollara çatıb (-0,2 %).

Kotirovka dinamikası əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 333 ABŞ dolları) əsasən hesablanır.