Böyük Britaniyanın idman avtomobilləri istehsalçısı “Aston Martin Lagonda Global Holdings Plc” ABŞ-ın “Lucid Group” şirkəti ilə tərəfdaşlıq müqaviləsi bağlamağı planlaşdırır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da şirkət onun dəbdəbəli elektrik avtomobillərinin istehsalı texnologiyalarına çıxış əldə edəcək.

“Aston Martin” yaydığı bəyanatda deyilir ki, batareya və ötürmə texnologiyasına çıxış müqabilində “Lucid” “Aston Martin” şirkətinin 100 milyon dollar dəyərində olan 28,4 milyon ədəd yeni adi səhmini alacaq. Bu da şirkətin nizamnamə kapitalının təxminən 3,7%-nə bərabərdir.

“Lucid” bu səhmləri bir il ərzində satmamağı öhdəsinə götürür.

Bundan əlavə, “Aston Martin” bir neçə tranşda 132 milyon dollar pul ödəyəcək. Birinci tranşın bir hissəsi kimi “Lucid” 33 milyon dollar alacaq.