Hindistan düyü ixracının böyük bir hissəsini qadağan etdikdən sonra Asiyada düyü qiymətləri son üç ilin ən yüksək həddinə çatıb.

İndex.az xəbər verir ki, Hindistanın "Basmati" olmayan ağ düyü ixracını qadağan etməsindən sonra Asiyada düyü qiymətləri son üç ilin ən yüksək səviyyəsinə qalxıb.

Bu, bütün dünyada insanların əsas ərzaq təminatı ilə bağlı narahatlıqlarını artırıb.

Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, Asiya üçün etalon hesab edilən Tayland ağ düyüsü 5% artaraq bir ton üçün 572 dollara çatıb.

Beləliklə, Tayland ağ düyüsü 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb.