“Korean Air” şirkəti təyyarəyə minməzdən əvvəl sərnişinlərin çəkisini çəkməyi planlaşdırır.

İndex.az Aif.ru-ya istinadən xəbər verir ki, bu, aviaşirkətin yanacağa qənaət etməyə və uçuş təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək, həmçinin yükü təyyarənin göyərtəsində bərabər paylamaq istəyi ilə bağlıdır.

Aviaşirkət sərnişinləri əmin edib ki, artıq çəkiyə görə əlavə ödəniş etməyəcəklər və bütün çəki məlumatları anonimləşdiriləcək və yalnız ümumi statistikanın tərtib edilməsi üçün istifadə olunacaq. Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi aviaşirkətlərdən daxil olan məlumatları emal edərək təhlil edəcək.

Hazırda çəki ölçmə proseduru könüllüdür və sərnişinlər bundan imtina edə bilərlər. Bununla belə, “Korean Air” nümayəndələri bildirirlər ki, bu cür məlumatlar kabinlərdə yükün düzgün bölüşdürülməsi və yanacaq xərclərinin aşağı salınması hesabına hər il 1 milyard dollara qədər qənaət etməyə imkan verəcək.