“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü il üçün yükdaşıma göstəricilərini açıqlayıb.
İndex.az ASCO-ya istinadən xəbər verir ki, ötən il ərzində ASCO tankerləri ilə 4,9 milyon ton yük daşıyıb.
Bu dövrdə bərə və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 37642 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 35207 ədəd olub.
ASCO-nun universal quru yük gəmiləri 2023-cü ildə 749 min ton yük nəql edib.
