Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
İndex.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Arif Baloğlan oğlu Məmmədov Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
