Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib.

İndex.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb.

A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.