ABŞ-ın tanınmış "Apple" şirkətinin qurucularından biri olan Stiv Voznyak (Steve Wozniak) Bakıya gəlir.
İndex.az xəbər verir ki, şirkətin qurucusu paytaxtımızda keçiriləcək "InMerge İnnovasiya Sammiti"ndə iştirak edəcək.
Belə ki, "InMerge İnnovasiya Sammiti"nin keçirilməsi innovasiyalar dünyası ilə daha yaxından tanış olmaq üçün əsl fürsət olacaq.
Bildirilir ki, "InMerge İnnovasiya Sammiti" 30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Üstəlik, tədbirə biletlər endirimli qiymətə - 150 dollara əldə etmək mümkün olacaq.
