"Apple"in qurucuları Stiv Cobs və Stiv Voznyakın istehsal etdiyi ilk kompüterlərdən biri olan bərpa edilmiş "Apple-1" kompüteri hərraca çıxarılıb.

İndex.az xəbər verir ki, "Apple-1", 1976-77-ci illər arasında yalnız 200 ədəd istehsal edilib.

Bu kompüterlər bazar dəyəri 3 trilyon dollara çataraq dünyanın ən dəyərli şirkəti olan "Apple"in yaranmasında mühüm rol oynayıb.

Hərracda satılan “Apple-1”in həm işlək vəziyyətdə olduğu, həm də Voznyakın imzası olduğu bildirilir. Əvvəlki sahibinin onu 1980-ci illərdə aldığı və o vaxtdan bəri saxladığı bildirilir.

Hərracda satılan digər "Apple" kolleksiyalarına Stiv Cobsun "Apple-1" reklamı da daxildir. Cobs və Voznyakın imzası ilə şirkətə məxsus köhnə çekin 135 min dollara satıldığı da bildirilib.

Tez-tez görürük ki, "Apple" məhsulları hərracda satılır. Məsələn, keçən ay hələ də jelatin üzərində olan ilk "iPhone" heyrətamiz qiymətə alıcı tapdı.

Orijinal "iPhone 158 644" dollara satılıb.