"Apple" loqosu olan bir cüt ayaqqabı "Sotheby's" hərrac evi tərəfindən 50 min dollardan başlayan qiymətə hərraca çıxarılıb.

İndex.az xəbər verir ki, 1990-cı illərdə şirkətin bəzi işçiləri üçün hazırladığı və bir konfransda payladığı bu ayaqqabılar indiyə qədər satışda olmayıb.

Ağ ayaqqabıların üzərində göy qurşağı rənglərində "Apple"in köhnə loqosu var.

Sotheby's deyir ki, bu ayaqqabı indiyə qədər görülən ən nadir məhsullardan biridir.