Məşhur texnologiya şirkətlərindən biri olan "Apple"in internet saytında "iPhone" əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone" üçün vacib təhlükəsizlik məlumatları başlığı altında gecə saatlarında telefonlarını şarj edən şəxslərə xəbərdarlıq edilib.

İndex.az xəbər verir ki, “Apple” istifadəçiləri cihaz işlək və ya enerji mənbəyinə qoşulan zaman cihaz, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasından qaçmağa çağırır.

Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dəri ilə uzun müddət təması və cihazın havalandırılmayan yerlərdə şarj edilməsinin diskomfort və ya zədə yarada biləcəyi vurğulanıb.

İstifadəçilərə məlumat məktubunda həmçinin onlara cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.