Məşhur "Apple" analitiki Mark Qurmanın sözlərinə görə, "iPhone 13 Mini" ehtiyatları azalır və "Apple"in ABŞ-dakı onlayn mağazası bəzi modellər üçün 2-3 həftə, digərləri üçün isə 6-8 həftə çatdırılma müddətini proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bu azalma "Apple"in çərşənbə axşamı keçirəcəyi və "iPhone 15" ailəsini təqdim edəcəyi "Wonderlust" tədbirindən sonra "iPhone 13 Mini" istehsalının dayandırıla biləcəyini göstərir.

"Apple" keçən il "iPhone 14 Mini" modelini buraxmadı, lakin ABŞ-da 599 dollardan başlayaraq daha ucuz qiymətə "iPhone 13 Mini" təklif edilməyə davam etdi.