“Apple” şirkəti Braziliyada “iPhone 14” smartfonlarının yığılmasına başlayıb,
İndex.az xəbər verir ki, bu barədə 9to5Mac portalı məlumat yayıb.
Bildirilir ki, bu əsasən Çində yaradılan qadcetlərinin istehsalını diversifikasiya etmək üçün Kupertinodan olan korporasiya tərəfindən atılan növbəti addımdır.
“MacMagazine” bloqunun oxucularından biri Braziliyada mavi rəngli 128 GB “iPhone 14” alıb və cihazın onun ölkəsində San Paulodakı “Foxconn Brazil” fabrikində yığıldığını görərək təəccüblənib. Cihazın nömrəsi "BR/A" ilə bitir, bu da onun Braziliyada yığıldığını təsdiqləyir.
Bununla belə, görünür, indiyədək yalnız “iPhone 14”ün baza modeli Cənubi Amerika ölkəsinin ərazisində istehsal olunur. “Pro” və “Plus” prefiksli köhnə modellər isə Çindən gətirilir.
Qeyd olunur ki, “Apple” bundan əvvəl öz smartfonlarını – məsələn, “iPhone 13” və “iPhone SE” modellərini Braziliyada yığıb. Belə bir addım korporasiyaya Çindən asılılığını, eləcə də Çin və ABŞ arasında yaranan siyasi və iqtisadi fərqləri azaltmağa kömək edir.
