ABŞ-ın tanınmış “Apple Inc” şirkətinin kapitallaşması ötən həftənin cümə günü keçirilən hərracların bağlanışında 2,3% artaraq 3,05 trilyon dollar təşkil edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, “Apple” dünyada bazar dəyəri 3 trilyon dolları keçən ilk açıq şirkət oldu.

Şirkətin kapitallaşması bu il yanvarın 3-də ticarət zamanı 3 trilyon dollara yüksəlib. Lakin həmin gün bu səviyyədə qala bilməyib, sessiyanın sonuna qədər aşağı düşüb.

Şirkət 2020-ci ildə 2 trilyon dollar, 2018-ci ildə isə 1 trilyon dolları keçib.