Bu ilin yanvar-oktyabr aylarında Türkiyənin paytaxtı Ankara şəhərindən Azərbaycana 213 milyon 352 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,7 % çoxdur.
Həmçinin cari ilin oktyabr ayında Ankaradan ölkəmizə 12 milyon 170 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 11,6 % azdır.
