Bu ilin yanvar-fevral aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 35 milyon 432 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 39,6 % azdır.

Həmçinin bu ilin fevral ayında Ankaradan ölkəmizə 23 milyon 79 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 42,6 % azalma deməkdir.