Bu ilin ikinci rübündə ABŞ vətəndaşlarının kredit kartları üzrə ümumi borcu illik ifadədə 16,2% artaraq rekord həddə - 1,03 trilyon dollara çatıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nyu-York Federal Ehtiyat Bankının hesabatında deyilir.
Bu göstərici ilk dəfə olaraq 1 trilyon dolları ötmüş birinci rüblə müqayisədə artım 4,6% təşkil edib.
Qeyd edək ki, kredit kartı borcu borcların ən sürətlə böyüyən kateqoriyasıdır. Həmin dövrdə ev təsərrüfatlarının ümumi borcu cəmi 0,1% artaraq 17,06 trilyon dollar təşkil edib.
Eyni zamanda, kredit kartlarının emissiya dərəcəsi də artır. Məsələn, ötən rübdə 24 milyon müvafiq hesab açılıb və ən azı bir kredit kartı olan amerikalıların payı 69%-ə yaxınlaşıb.
