Almaniya kansleri Olaf Şolz ölkəsində nüvə enerjisinə qayıtmaq ilə bağlı müzakirələrə münasibət bildirərək, Almaniyada nüvə enerjisindən artıq istifadə edilməyəcəyini bildirib.
İndex.az xəbər verir ki, "Radio Deutschlandfunk"a verdiyi açıqlamada Scholz nüvə enerjisinə keçid məsələsinə toxunub:
“Nüvə enerjisi bitdi. Bundan sonra Almaniyada istifadə edilməyəcək”.
Nüvə enerjisinin dayandırılması qərarının illər əvvəl alındığını xatırladan Scholz, “Bu, qanunla mərhələli şəkildə aradan qaldırıldı. Əgər siz yeni atom elektrik stansiyaları tikmək istəyirsinizsə, bu, 15 il çəkəcək və hər birinə 15-20 milyard avro xərcləməli olacaqsınız” - deyib.
