Almaniya Federal Məşğulluq Agentliyi (BA) işsizlik rəqəmləri ilə bağlı avqust ayı məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, ölkədə mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı avqust ayında bir əvvəlki aya görə 18 min artaraq 2,63 milyona çatıb.

Ölkədə mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti yüzdə 5,7 olaraq dəyişməz qalıb. Bazarlarda işsizlərin sayının 10 min nəfər artacağı gözlənilirdi.

Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles mövzuya toxunaraq deyib: “Yay tətili və zəif iqtisadiyyat əmək bazarında öz izini qoyur. Buna baxmayaraq, əmək bazarının əsası ümumilikdə sabitdir".