Almaniyada “xalqın pulu” adlandırılan sosial yardımın məbləği artırılıb.

İndex.az xəbər verir ki, iyulun 1-dən valideyn başına 451 avro, 14-17 yaşlı uşaqlar üçün 420 avro, 6-13 yaşlı uşaqlar üçün 348 avro, 0-5 yaşlı uşaqlar üçün 318 avro ödənilir. Ailənin kirayə, istilik və digər xərclərini hələ də dövlət ödəyir.

Beləliklə, üç uşaqlı ailəyə ödənilən pul əlavə müavinətlərlə birlikdə 3 min 10 avroya çatır. Bundan əlavə, bu məbləğə radio-TV vergisi və təhsil xərcləri də əlavə edilə bilər. Bir nəfər üçün aylıq 502 avro əsas ödəniş də var. Yenə kirayə, təhsil və vergi kimi əlavə ödənişlərlə birlikdə tək adamın aylıq məbləği 2 min Avroya çata bilər.

Təkcə Almaniya vətəndaşları deyil, Almaniyada qanuni yaşayan və sosial yardıma ehtiyacı olan hər kəs “xalqın pulu”ndan yararlana bilər.

Türklər, sığınacaq hüququ əldə edənlər və ya oturma icazəsi olanlar da faydalanır. 83 milyon əhalisi olan Almaniyada 5,5 milyon insan bu yardımları alır və onlardan 200 min 122-si türkdür. Yardım alanlar siyahısında türklər 3-cü yerdədir. Birinci yeri 707 min nəfərlə ukraynalılar, ikinci yeri isə 498 min nəfərlə suriyalılar tutur.

Türklərdən sonra ehtiyacı olan 176 min insanla əfqanlar 4-cü yerdədir. Sonrakı yerləri İraq, İran, Eritreya, Somila, Nigeriya və Pakistan tutur. Onların 2 milyon 918 mini alman, 2 milyon 495 mini isə əcnəbidir.