Almaniyada fabrik sifarişlərinin iyul ayında azalması, Avropanın ən böyük iqtisadiyyatında problemlərin üçüncü rübdə də davam etdiyini göstərir.
İndex.az xəbər verir ki, iyun ayı ilə müqayisədə tələb yüzdə 11,7 azalarkən, bu rəqəm "Bloomberg" sorğusunda iqtisadçıların gözlədiyi 4,3 faizlik azalmadan çox daha böyük bir azalma olaraq diqqət çəkib.
Eniş üç aylıq yüksəlişdən sonra baş verib.
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan qış tənəzzülünə tab gətirən Almaniyanın istehsalı ikinci rübdə arta bilməsə də, üçüncü rübdə mümkün tənəzzülün yaşanacağı gözlənilir.
