ABŞ-ın “Boeing Co.” konserni yanvar-iyul aylarında 309 sərnişin təyyarəsi tədarük edib.
İndex.az CNBC-yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.
Bununla belə, konsern bu göstəricidə əsas rəqibi “Airbus SE” şirkətindən geri qalır,
Avropa Aerokosmik Korporasiyası 2023-cü ilin əvvəlindən müştərilərə 381 təyyarə təhvil verib.
“Airbus”un səhmləri çərşənbə günü Parisdə keçirilən ticarət zamanı 1,3% bahalaşıb. Nyu-Yorkda keçirilən hərraclarda ilkin sessiyada “Boeing”in qiymətli kağızlarının dəyəri 0,3% bahalaşıb.
