Aİ ölkələri son vaxtlar Rusiyadan müharibədən əvvəlkindən daha çox LNG idxal edir.
İndex.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyul dövründə Rusiyanın LNG ixracatında Aİ ölkələrinin payı 39 faiz olduğu halda, bu nisbət 2022-ci ildə 49 faizə, 2023-cü ildə isə 52 faizə yüksəlib.
Beləliklə, Aİ ölkələri müharibəyə baxmayaraq, Rusiya LNG-nin yarıdan çoxunu satın alıb.
Aİ ölkələri yanvar-iyul aylarında Rusiyadan cəmi 13,2 milyard kubmetrlə rekord miqdarda LNG idxal edib.
