Aİ Komissiyasının sözçüsü Stefan de Keersmaecker Brüsseldə keçirilən mətbuat konfransında Aİ qaz çənlərinin dolu olması ilə bağlı açıqlamalar verib.
İndex.az xəbər verir ki, üzv ölkələrin 1 noyabr tarixinə qədər təbii qaz anbarlarını ən az 90 faiz doldurmağı hədəflədiklərini xatırladan Keersmaecker, bu gündən etibarən təbii qaz saxlama nisbəti 89,89-a çatdığını dedi.
Keersmaecker, Aİ ölkələrinin qaz anbarlarını doldurma öhdəliyinin əhəmiyyətinin fərqində olduqlarına diqqət çəkərək, çənlərin doldurulması prosesinin davam etdiyini və doğru yolda olduqlarını bildirdi.
Normal dövrlərdə ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetr təbii qaz anbar tutumu var.
