Avqustun 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət işlək və qeyri-işlək vəziyyətlərdə olan monitor, prosessor və printerdən gedir. Əmlaklara ümumilikdə 10 135 manat qiymət qoyulub.
Avqustun 31-də isə "AGBank"a məxsus 37 ədəf "Diebold" markalı qeyri-işlək bankomat satışa çıxarılacaq. Onlara ümumilikdə 4 699 manat qiymət qoyulub.
