Bu ilin avqust ayında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus qatarlarla 530 386 sərnişin daşınıb.

İndex.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə ADY 4 milyon 284 min 289 sərnişinə xidmət edib ki, bu da, pandemiyadan əvvəlki - 2019-cu ilin eyni dövrü ilə müqayisədə 91,6% çoxdur.