SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb.

Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib. Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb.

“Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.