ABŞ Federal Ehtiyat Sistemi (FED) gözləntilərə uyğun olaraq siyasət faizini 25 bənd artıraraq, 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 aralığına çatdırdı.
İndex.az xəbər verir ki, FED-in verdiyi açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib.
Federal Açıq Bazar Komitəsinin (FOMC) uzun vədədə maksimum məşğulluq və yüzdə 2 inflyasiyaya nail olmağı hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin yüzdə 5,25-5,50 aralığına qaldırılmasına qərar verildiyi bildirildi.
