Ukrayna ABŞ-dan 1,25 milyard dollar qrant alıb.

İndex.az Ukrayna hökumətinin Telegram-kanalına istinadən xəbər verir ki, bu məbləğ maaşlar və sosial yardımların ödənilməsi üçün nəzərdə tutulub.

Hesabatda deyilir ki, qrant Dünya Bankının çoxdonorlu fond vasitəsilə verilib.

Ölkə hökumətinin məlumatına görə, 2022-ci ilin fevral ayından Ukrayna 20 milyard dollardan çox qrant alıb.