ABŞ-ın İranla beş amerikalı məhbusun azad edilməsi üçün 6 milyard dollarlıq razılaşma əldə etdiyi bildirilir.

İndex.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, məşhur Evin həbsxanasında casusluq ittihamı ilə saxlanılan Siamak Namazi, Emad Sharghi, Morad Tahbaz və adı açıqlanmayan iki məhbus, İran əsilli amerikalılar indi Tehrandakı bir oteldə ev dustaqlığına salınıblar.

Qəzetin yazdığına görə, saziş çərçivəsində ABŞ hökuməti 6 milyard dollarlıq neft aktivlərinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq və bəzi iranlı məhbuslar azadlığa buraxılacaq.