ABŞ münaqişə başlayandan bəri il yarım ərzində Ukraynaya üç milyondan çox raket və mərmi göndərib.
İndex.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks bildirib.
Hiks həmçinin xatırladıb ki, ABŞ-ın Ukraynaya yardımının məbləği artıq 43 milyard dolları keçib. Ağ Ev Konqresdən Ukrayna üçün əlavə 21 milyard dollar, o cümlədən silah təchizatı üçün 13 milyard dollar istəyib.
