Bir neçə ildir ki, ABŞ-da yetkinlik yaşına çatmış sakinlər arasında qida çatışmazlığından şikayət edənlərin sayı artır.
"Report"un məlumatına görə, bu barədə "Morning Consult" konsaltinq agentliyinin aylıq hesabatına istinadən "Axios" nəşri yazır.
Hesabatda qeyd olunur ki, 2025-ci ilin may ayında yetkinlik yaşına çatmış amerikalıların 15,6%-i ərzaq çatışmazlığından şikayət edib. Bu isə 2021-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur.
Eyni zamanda, Filadelfiya ərzaq banklarında ərzağa tələbat 3 il əvvəlki dövrlə müqayisədə 120% artıb.
Yaranmış vəziyyətə baxmayaraq, ABŞ Konqresi ərzaq müavinətlərinin (SNAP) əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edib ki, bu da vəziyyəti yalnız daha da pisləşdirəcək.
ABŞ-da ərzaq çatışmazlığından şikayətlər artır
2025-07-07 08:11
Oxşar xəbərlər
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
2025-12-12 16:53
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
2025-12-12 17:36
Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb
2025-12-12 16:37
Azərbaycan futbolunda bəzi oyunlar qumara qoyulub
2025-12-12 20:01
