Ölkə tarixində üçüncü ən böyük lotereya cekpotu olan təxminən 1,55 milyard dollar dəyərində "Mega Millions" lotereya biletləri ABŞ-da yenidən satışa çıxarılıb.
İndex.az xəbər verir ki, sözügedən baş mükafatın məbləği aylar ərzində tədricən artıb, çünki indiyədək keçirilən 31 tirajda qalib olmayıb.
Təxminən 1,55 milyard dollarlıq cekpotla "Mega Millions" 302,6 milyonda 1 qazanma nisbətinə malikdir.
Cekpotun qalibi 30 il ərzində ödənilməyə razılaşarsa, tam məbləği və ya toplu ödəməyi seçərsə, 757,2 milyon dollar alacaq.
ABŞ-ın 45 ştatında, paytaxt Vaşinqtonda və Virgin adalarında oynanan "Mega Millions", sonuncu dəfə aprelin 18-də bir nəfər tərəfindən qazanılmışdı.
ABŞ tarixində ən böyük lotereya cekpotları 2022-ci ilin noyabrında 2,04 milyard dollar və 2016-cı ilin yanvarında 1,586 milyard dollarlıq "Powerball" lotereyaları olub.
