Bəsrə istilərinin təsirli olduğu Hatayın Hassa rayonunda ötən günlərdə havanın temperaturu 50 dərəcəyə yüksəlib.
İndex.az xəbər verir ki, Hassa mahalının Akbez rayonunda yaşayan Bilal Dağcı isti havaya diqqət çəkmək üçün belində su çəni, başına duş başlığı taxaraq gəzintiyə çıxıb.
Tur zamanı üzüm də yeyən Dağcı bu anları sosial şəbəkədə paylaşıb. Dağcının paylaşdığı görüntülər sosial mediada diqqət mərkəzinə düşüb.
