İtaliyada 5-ci mərtəbədən yıxılan uşağı xilas edən şəxs qəhrəman olub.

İndex.az xəbər verir ki, Mattia Aguzzi şənbə günü Turində baş verən hadisədə 5 yaşlı qızın həyatını xilas edib.

37 yaşlı bankir ölkənin aparıcı qəzetlərindən biri olan “Corriere della Sera”ya deyib ki, o, sevgilisi ilə çörək sexindən çörək almağa gedərkən küçədəki binadan qışqırıq səsi eşidib.

Aguzzi, "Balaca qızı eyvanın küncünə doğru əyildiyini görəndə bir kişinin qışqırdığını eşitdim. Daha sonra balkonun məhəccərinə qalxdı və daha da əyildi. O, sadəcə əlləri ilə tutmuşdu, ayaqları havada idi" - deyib.

Həmin an instinktiv davrandığını qeyd edən bankir, "Düşünməyə vaxtım yox idi. Onu tutmaq ümidi ilə balkonun altına girib qollarımı açdım. Atılanda sinəmə dəydi, tutdum. Amma zərbənin təsirindən ikimiz də yerə yıxıldıq” - deyə bildirib.

Xəbərdə şəxsiyyəti açıqlanmayan uşağın ailəsinin təşviş içində küçəyə düşdüyü, qızın və Aguzzinin təcili xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin yaxşı olduğu bildirilib.