Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 145 ədəd yük avtomobili istehsal edilib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 52,6 % çoxdur.
Nəticədə, bu il mayın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 245,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 % azalıb.
