Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti 2023-cü ilin ən güclü 25 qadınının siyahısını dərc edib.

İndex.az xəbər verir ki, bu siyahıya amerikalı aktrisa Margo Robbi, müğənni Beyonce və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daxil olub.

Nəşrin qeyd etdiyi kimi, bu xüsusi layihə bir neçə ay ərzində onlarla bürodan olan yüzlərlə FT jurnalisti, onun oxucuları və sənaye liderləri ilə məsləhətləşmələr nəticəsində yaradılıb.

“Son nəticə olaraq, nüfuzlu mükafatlar qazanan qadınların siyahısı tərtib edilib. Lakin hətta Nobel Mükafatları, Pulitser Mükafatları, Qremmilər və Dünya Kubokları da onların işinin çoxşaxəli xarakterini tam şəkildə əks etdirə bilmir”, deyə “Financial Times” qeyd edir.

Reytinqdən kənar siyahıya Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, iranlı hüquq müdafiəçisi Narges Mohammadi, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının (CBD) icraçı katibi Elizabet Maruma Mrema, Braziliyanın ətraf mühit naziri Marina Silva və İsveçrənin Federal Şurasının üzvü Karin Keller-Sutter daxildir.

Bu siyahı həmçinin Cənubi Koreya “Aespa” musiqi qrupu, yazıçı Lola Shonein, “OpenAI” texniki direktoru Mira Murati və digər qadınlardan ibarətdir.