“Omdia” analitik şirkəti bu ilin birinci yarısında ən populyar smartfonların satışına dair məlumatları dərc edib.

Bu barədə İndex.az fertilizers-machine.com saytına istinadən xəbər verir.

Məlumata görə, birinci yeri 26,5 milyon smartfon satışı ilə “iPhone 14 Pro Max” tutub. Reytinqdə ikinci yeri 21 milyon ədəd satışı ilə onun kiçik versiyası olan “iPhone 14 Pro” smartfonu tutur.

Hazırkı aktual istehsal xəttinin standart modeli olan “iPhone 14” 16,5 milyon ədəd satılıb. Ötənilki “iPhone 13” smartfonu isə 15,5 milyon ədəd satılaraq dördüncü yerdə qərarlaşıb.

Daha sonrakı yerləri beş ədəd “Galaxy” smartfonları tutur. Onlardan yalnız biri flaqman modelidir. Belə ki, “Galaxy A14” 12,4 milyon ədəd, “Galaxy S23 Ultra” 9,6 milyon ədəd, “Galaxy A14 5G” 9 milyon ədəd, “Galaxy A54 5G” 8,8 milyon ədəd, “Galaxy A35 5G” modeli isə 7,1 milyon ədəd satış göstəricisi nümayiş etdirib.

Dörd il əvvəl buraxılmış şərtsiz ən çox satılan “iPhone 11” ilk onluğunu qapadır. Bu ilin ilk yarım ilində “iPhone 11” satışları isə 6,9 milyon ədəd təşkil edib.