“Kapital Bank” sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində 100 000 manatadək mikrokrediti 3 ilədək müddətə illik 15%-dən başlayan şərtlərlə əldə etmək mümkündür.
Təklifdən yararlanmaq üçün vaxt itirmədən “Birbank Biznes” saytı üzərindən onlayn kredit müraciəti edə bilərsiniz. Kampaniya 8 sentyabr 2023-cü il tarixinədək edilən kredit müraciətlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumat və onlayn sifariş üçün: .
Qeyd edək ki, “Birbank Biznes”də sahibkarların hər gün istifadə etdiyi bir sıra xidmətlər var:
- Biznes bank hesablarının açılması
- Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
- Nağdsız ödənişlər
- Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
- Biznes krediti və bank qarantiyası
- Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri
- Özəl tarif paketləri, gömrük kredit kartı və s.
“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.
