Vergi ödəyicilərinin sayı 1% artıb

Bu il mayın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,9% artaraq 768,9 minə çatıb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Hesabat dövrünə aktiv ƏDV ödəyicilərinin sayı 5,3% artaraq 48,1 min təşkil edib.

Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6% artıb və 205,7 min olub.