“Toyota” elektrik avtomobillərinə investisiyalarını artıracaq

Sənaye nəhəngi “Toyota” elektrik avtomobillərinə investisiyalarını artıracaq.

İndex.az xəbər verir ki, yapon avtomobil istehsalçısının gəlirləri maliyyə ilində mart ayına qədər bütün zamanların ən yüksək səviyyəsinə çataraq, əvvəlki maliyyə ili ilə müqayisədə 21,4% artaraq 45,1 trilyon yen olub.

Hibrid tələbin təsiri ilə şirkətin xalis mənfəəti əvvəlki maliyyə ili ilə müqayisədə iki dəfə artaraq 4,94 trilyon yenə (31,9 milyard dollar) çatıb və marka qazandığı yüksək gəliri elektriklə işləyən avtomobillərə köçürmək istəyir.

Koji Sato’nun vəzifəyə keçməsindən sonra elektrikli avtomobillərə daha çox əhəmiyyət verməyə başlayan “Toyota”, gələcəyini tamamilə elektrikli avtomobillər üzərində qurmur, yəni hələ də daxili yanma mühərrikli avtomobillər inkişaf etdirmək istəyir, lakin indi elektrik modellərinə sərmayə qoyacaq.

Bildiyiniz kimi, elektrik avtomobilləri kompüterlər kimidir. Bu çərçivədə şirkət proqram təminatı tərəfini də unutmur və süni zəka dəstəkli avtomobil proqramlarına əvvəlkindən daha çox pul töküləcəyi ifadə edilir.