“Titanik”in ən varlı sərnişinin cib saatı hərracda çıxarılıb

“Titanik” gəmisinin ən varlı sərnişini IV Con Ceykob Astora məxsus nadir cib saatı hərracda satılacaq.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, biznes maqnatı və Astor ailəsinin sərvətinin varisi IV Con Ceykob Astor 1912-ci ildə fəlakətdə ölüb.

O, xilasedici qayığa minməzdən əvvəl hamilə həyat yoldaşı Madeleinə kömək edib.

Astorun cəsədi batdıqdan yeddi gün sonra tapılıb. Onun JJA hərfi ilə həkk olunmuş 14 karatlıq qızıl “Waltham” saatı gəmi batan zaman onun üzərində olub.

Başlanğıc qiyməti 150 min funt sterlinq olan saat Uilşirdəki “Henry Aldridge & Son” hərracına çıxarılıb.

Hərracçı Endryu Aldric saatı “Titanik tarixinin unikal parçası və dünyanın ən məşhur gəmisi ilə əlaqəli saat incisinin ən mühüm əsərlərindən biri” adlandırıb.

Həmçinin, Oldric qeyd edib ki, “Titanik”in batdığı vaxt Astor dünyanın ən varlı adamlarından biri olub. Həmin dövrdə onun sərvəti 87 milyon dollar qiymətləndirilirib.